P.Simonds: “Ferrari doğru etmir”

Formula1-in texniki direktoru Pət Simonds bildirib ki, Ferrari hazırda Rəykkönendən istifadə edir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Çin yarışında komanda yoldaşı Fetteldən 7 dövrə sonra pitə çağırılmış və bunun nəticəsində 4-cü yerdən 6-cı yerə qədər geriləmişdi.

Pət Simonds: “Məncə necə yarışacaqlarına qərar verməlidirlər. Çində Rəykkönendən istifadə etdilər və onu pitə gec çağırıb rəqibləri ləngitmək doğru deyildi. Sözün düzü, heç bir faydası da olmadı. Rəqiblər ona çatanda təkərləri yeyilmişdi və rahatlıqla keçdilər. Mükəmməl strategiya deyildi. Mühəndislər kubokunu belə qazanmaq olmaz. Belə görünür ki, onlara sürücülər çempionatı daha vacibdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*