F-1.az xatırladır ki, bəzi komandalar bu dəyişikliklərə şübhə ilə yanaşırlar. Simonds isə bu dəyişikliklərə inanır: “Nəticələri görəcəyik. Amma böyük dəyişiklik gözləməyin. Lakin bunlar olmasa, ötmələr daha da çətinləşərdi. Mənə inanın. Bununla biz səviyyəni qoruduq və daha da təkmilləşdirdik. 2021-ci ildə bu qaydalara hərtərəfli yaxınlaşacağıq. Xərcləri azaltmaq istəyirik. Bunun üçün də fərq yaratmayan detalları standartlaşdırmağı düşünürük. Aerodinamika şöbəsində mənim üçün işləyən bir qrup var və onlar bolidlərin yaratdığı çirkli hava üzərində işləyirlər. Bolidlər bir-birilərini izləyərkən arxadakının yaxşı performans göstərməsi üçün əllərindən gələn hər şeyi edirlər”.
P.Simonds dəyişikliklərə inanır
Formula1-in texniki direktoru Pət Simonds bildirib ki, əgər ön qanadlar sadələşdirilməsəydi, ötmələrin sayı daha da azalardı.