P.Simonds 2026-cı il bolidləri barədə danışıb

Formula1-in texniki direktou Pət Simonds bildirib ki, 2026-cı il bolidləri həm kiçik, həm də yüngül olacaq.

F-1.az xatırladır ki, Formula1 bu il yeni texniki reqlamentə keçmiş və bolidlər daha da ağırlaşmışdı. Bu reqlamentə görə sürücülər bir-birlərini daha rahatlıqla izləyə bilirlər. Buna görə də əksəriyyət yeni reqlamenti bəyənir.

Pət Simonds: “Hazırda 2026-cı il bolidlərinin konseptləri üzərində işləyirik. Artıq fikrimiz qətidir. Müasir maşınların çəkisi və ölçüləri mühəndisləri təəccübləndirir. 2022-ci ildə şassinin ölçüsünü məhdudlaşdırmağı və təkər bazasını azaltmağa çalışdıq. İstədiyimiz kimi olmasa da, bir qədər azaltdıq. 2026-cı ildəki bolidlərdə ölçünü daha da zaltmaq istəyirik. Beləliklə bolidlər daha yüngül olacaq.

Hazırkı bolidlər demək olar 700 kilodur. Bu mənim karyeramın başlanğıcına nisbətən çoxdur. O vaxtlar bolidlərin çəkisi 400-500 kilo idi. Lakin indiki maşınlar daha təhlükəsizdirlər. İnsanlar düşünürlər ki, bolidlər elektronik sistemlərə və 18 düyməlik təkərlərə görə ağırlaşıb. Ancaq bolidlərin ağırlaşma səbəbi təhlükəsizliyin artmasıdır.

Düzdür, hibrid mühərrik daxiliyanma motoruna nisbətən ağırdır və eyni hal təkcə F1 üçün yox, yol maşınları üçün də keçərlidir. Ancaq yeni bolidləri yüngülləşdirmək üçün bütün biliklərimizi ortaya qoymalıyıq. Daha kiçik və yüngül maşınları sürmək daha əyləncəli olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*