P.Çabatti: Martin qazanmaq üçün Ducati-də qalmalıdır

Ducati-nin idman direktoru Paolo Çabatti bildirib ki, Xorxe Martin qalib gəlmək istədiyi üçün Ducati-də qalacaq.

F-1.az xatırladır ki, Yamaha komandasından Franko Morbidellinin müqaviləsi ilin sonunda başa çatacaq. O, zəif performans göstərdiyi üçün komandadan qovulacağı iddia olunur. Lakin əvəzinə kimin gələcəyi hələ də müəammalı olaraq qalır. Ancaq ən real namizəd Xorxe Martindir. Hətta tərəflər arasında müqavilənin bağlandığı da deyilir.

Paolo Çabatti: “Bəli, onun müqaviləsində opsiyon var, amma onun Ducati-də qalmasını istəyərik. Ən sürətli gənc sürücülərdəndir və hazırda Yamaha çempion ola biləcək motosikletə sahib deyil. Bunu məyusluqla desəm də, hazırda belədir. Gələn il Yamaha-nın nə edəcəyini bilmirik, amma Martin hazırda yarış qazanan motosikletdədir və o qalib gəlməyi çox sevir.

Düzünü desəm, Ducati olaraq hələ sürücülərimizin gələcəyini müzakirə etməmişik. Bütün sürücülərimizi saxlamaq istəyərik. Bunu deyəndə Pekko, Enea, Yohan və Xorxedən bəhs edirəm, çünki VR46 və Gresini sürücüləri öz komandalarına bağlıdırlar. Bütün sürücülərimizdən razıyıq. Gələcək barədə söz demək üçün tezdir. Eneanın qəzası və problemlərinə görə hər şey bir az təxirə salındı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*