P.Qaslinin paltarı cırılıb

Toro Rosso komandasının sürücüsü Pyer Qasli bildirib ki, Haloya görə kombinezonu cırılıb.

F-1.az xatırladır ki, bu ildən komandalar məcburən Halodan istifadə etməlidirlər. Lakin sürücülərin başını qoruyan sistemin başqa problemlər gətirdiyi üzə çıxıb.

Pyer Qasli: “Bunu sevmirəm. Bolidə girib-çıxmaq problem olur. Kombinezonum artıq cırılıb. Bu il AlpineStars-dan çoxlu kombinezon almalıyıq. Arxa tərəfdən çoxlu cırıqlar var. Çox geridə dayanıb bolidə sürüşməlisiniz. Çox qəribədir. Halonun üzərindəki qanadcıqlara görə çölə çıxa bilmirsiniz. Köhnə bolidləri istəyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*