P.Qaslinin mühərriyi dəyişdiriləcək

AlphaTauri komandası sıralanma turunda problem yaşayan Pyer Qaslinin mühərriyini dəyişəcək.

F-1.az xatırladır ki, fransalı sürücü Macarıstandakı sıralanma turunda 10-cu olsa da, sessiya ərzində Honda mühərriyindən şilayət edib. Honda da riskə getməyərək, 24 yaşlı sürücünün maşınındakı mühərriyi dəyişməyə qərar verib. Qasli bu mövsüm ikinci mühərriyinə keçdiyi üçün cərimələnməyəcək.

Pyer Qasli: “Sıralanma turunun birinci və ikinci sessiyalarında ciddi formada güc itirirdik. Tam sürətlə gedəndə güc kəsilirdi. Buna görə də ötürmələr qutusunu istədiyim kimi istifadə edə və təkərləri qızdıra bilmirdim. Sürətli dövrəmdə motor ana düzlüyün sonunda dayandı və vaxt itirdik. İkinci dövrəmdə isə dördüncü ötürmədən sonra sürətlənə bilmirdim. Bu hal getdikcə pisləşirdi. Buna görə də son sessiyada dövrə vurmadıq. Çünki mühərrik get-gedə zəifləyirdi.

Son sessiyaya qalmağımız möcüzədir. İki Renault və bir Red Bull-u geridə qoymuşuq. Sıralanma turunda maksimum nəticə qazandıq. Yarış bizim üçün çətin olacaq. Buna görə də sıralanma turunda Renault-dan öndə olmaq vacib idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*