F-1.az xatırladır ki, Gaslinin GP2-dəki qeyri-stabil çıxışına və çempionluğu təmin edə bilməməsinə görə Daniil Kvyatın Toro Rosso-da qalma ehtimalı artıb.
Amma fransalı sürücü bildirib ki, Formula1-də çıxış etməyin tək şərti GP2 çempionluğu deyil: “Heç vaxt mənim qarşıma şərt qoyulmayıb ki, sən GP2 çempionu olmalısan. Yenə də bu mənim üçün vacib hədəf idi. Hazırda mövsümün necə bitəcəyini görmək istəyirəm. Bütün diqqətimi buna yönləndirmişəm. Hələ bəzi şeylər üçün tezdir. Helmut və Red Bull-dakılarla karyeram barədə danışacayıq. Onsuz da hazırda Red Bull ilə çoxillik müqaviləm var. Bu mövsümün sonunda heç nə bitməyəcək. Buna görə də səbirlə gözləyəcəm”.