F-1.az xatırladır ki, fransalı sürücü 2022-ci il mövsümünün sonunda AlphaTauri-dən ayrılaraq, Alpine-ə qatılıb.
Pyer Qasli: “Ümid edirəm ki, komanda dəyişmək çempionatdakı yerimə müsbət təsir edər. Ancaq nə olacağını bilmirik.
AlphaTauri-dəki uşaqlarla danışıram. Mənə dedilər ki, gələn mövsüm AlphaTauri tarixinin ən yaxşı maşınlarından birini düzəldəcək və ön qrupda mübarizə aparacaqlar. Bu normaldır, çünki hamı inkişaf etmək istəyir. Nələr olacağını Allah bilir.
Ümid edirəm ki, biz də ön qrupda olar və podium uğrunda mübarizə apararıq. Ən azından rəqabətədavamlı mövsüm istəyirəm”.