F-1.az xatırladır ki, fransalı sürücü birinci qış testlərində 206 dövrə vurub və yaxşı performans göstərib.
Pyer Qasli: “Son gün yaxşı keçdi. Bir neçə dövrə vurdum və testlər etdim. Proqramımızı tamamladıq. Heyif ki, günün sonuna yaxın kiçik problemlə üzləşdik. Buna görə də bəzi işlərimiz qaldı. Ancaq Daniil nahara qədər bu yöndə işlədiyi üçün məyus olmuram. Komandamız üçün üç gözəl gün oldu. Amma görüləcək çox iş var”.