F-1.az xatırladır ki, yaponiyalı sürücü Formula1-də keçən il debüt etmiş və daha çox etdiyi qəzalarla yadda qalmışdı. Nəticədə o komanda yoldaşı Qasliyə 78 xal uduzmuşdu.
Pyer Qasli: “Yuki artıq Formula1-i daha çox ciddiyə alır və bu yaxşı haldır. Dediyinə görə inkişafında mənim də rolum var imiş.
Bu il komanda olaraq işləyirik. Keçən il ayrı-ayrılıqda işləyən cüt idik. Mən təcrübəli, o da debütant sürücü idi. Bu il isə sahib olduğumuz bolidi təkmilləşdirmək üçün birlikdə işləməliyik”.