F-1.az bildirir ki, mövsümün əvvəlində zəif çıxışı ilə seçilən Pyer liderlərin uğursuzluqlarından istifadə edərək, sonuncu mərhələ ərəfəsində mövsümün lideri Hiroaki İşiuraya cəmi yarım xal uduzurdu.
Təəssüf ki, titul uğrunda mübarizəyə hava şəraiti müdaxilə edib. Suzukaya güclü qasırğa yaxınlaşdığı üçün təşkilatçılar mərhələni ləğv etməli olublar. Yekun nəticədə Toyota-nın sürücüsü İşiura titula sahib çıxıb, Honda və Qasli isə ikinciliklə barışmalı olublar…