P.Qasli: “Tempim yox idi”

Red Bull komandasının sürücüsü Pyer Qasli cümə günü sahib olduğu tempi itireiyini deyib.

F-1.az xatırladır ki, fransalı sürücü yarışa Medium təkərlərlə 6-cı yerdən başlasa da, Soft təkərlə start alan Sayns, Norris və Rəykkönen onu keçiblər. Yarışın gedişində Norris və Rəykköneni keçən Qasli finişə 6-cı yerdə çatıb.

Pyer Qasli: “Cümə günü hər şey qaydasında idi. Üçüncü sərbəst yürüşlərdən etibarən asfaltla ilişmə və temp itirdim. Sıralanma turu isə çətin idi. Bu gün də eyni hal baş verdi. Tempimiz niyə bu qədər azaldı bilmirəm. Bunu Spa-dan əvvəl anlamalıyıq.

Startda bolid sürüşdü və ilk döngədə sendviç kimi arada qaldım. Lakin bundan sonra tempim yox idi və əlimdən heç nə gəlmirdi. Bunları təhlil etməliyik. Xallar qazansaq da, istədiyimiz qədər olmadı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*