F-1.az xatırladır ki, fransalı sürücü Çində 6-cı olaraq Red Bull karyerasının ən yaxşı nəticəsini qazanıb. Yarışın sonunda sürətli dövrə vuran Qasli aktivinə daha bir xal yaza bilib.
Pyer Qasli: “Bolidlə mübaizə aparıram. Sürüş stilimi dəyişdirməliyəm. Sazlanmalarım Maksdakından çox fərqlənməsə də, maşında özümü yaxşı hiss etmirəm. Keçən il Toro Rosso ilə problem yaşamırdım. Boliddən maksimumu almaq üçün sürüş stilimi dəyişməliyəm”.