P.Qasli start işıqlarını görməyib

Red Bull komandasının sürücüsü Pyer Qasli yüksək arxa qanada görə start işıqlarını görməyib.

F-1.az xatırladır ki, fransalı sürücü yarışa 17-ci yerdən başlayıb. Amma xal zonasına düşə bilməyərək, 11-ci bitirib.

Pyer Qasli: “Çətin yarış idi. Hündür arxa qanadlara görə start işıqlarını görmürdüm və buna görə də ətrafımdakı sürücülərə baxdım, nəticədə bir neçə yer itirdim. Trafikdə qaldım və DRS-lə də ötmə etmək çətin idi. Bundan başqa ön qanadıma nəsə yapışmışdı. Bütün yarış ərzində önümdəki sürücüdən 0.5 saniyə geri qalırdım. Əlimdən gələni etsəm də, xal ala bilmədim.

Həftəsonu ərzində tempim yaxşı idi. Sıralanma turunun ikinci sessiyasına çıxa bilmədik. Bəxtimiz gətirmədi. Bəhreyni sevirəm. Rəqabətədavamlıyıq və buna görə də əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*