F-1.az xatırladır ki, fransalı sürücü yarışa 5-ci yerdən başlasa da, Rikkardo və Rəykkönenin mübarizəni dayandırmasından maksimum faydalanaraq 4-cü olub və karyerasının ən yüksək nəticəsini əldə edib. Bu, eyni zamanda Honda-nın idmana qayıtmasından sonra əldə etdiyi ən yüksək nəticə olub.
Pyer Qasli: “Start çox gözəl idi. İlk döngədə Danieli qabaqlaya bildim. Daha sonra Kevin arxamda idi. DRS hesabına məni qabaqlaya bildi, amma əks hücumla yerimi qaytardım. Tempim yaxşı idi və fərqi artırmağa nail oldum. Bolidimiz də güclü olduğu üçün var qüvvəmlə sürürdüm. Sıralanma turunda 6-cı, yarışda 4-cü olmaq inanılmazdır. Təbii ki, Rəykkönenin pit-stopda problem yaşaması və Rikkardonun mübarizəni vaxtından əvvəl dayandırması bu nəticəni almağımıza kömək etdi. Doğrudan da bu nəticəni gözləmirdik. Komanda üçün əla həftəsonu idi. Bu gün əla fürsətimiz var idi. Bilmirəm nə deyim, çox gözəldir. Digər yarışlarda daha sürətli olarammı, bilmirəm. Komanda üçün, mənim üçün, Honda üçün mükəmməl oldu. Hələki ikinci yarışda hər şey əla getdi. Potensialımz var, amma 4-cü yer sehrli nəticədir. Bütün komandaya təşəkkür edirəm. Həftəsonu ərzində əla işlədilər. Çox xoşbəxtəm. Ümid edirəm ki, Çində də belə nəticə alarıq. Bir həftə sonra görəcəyik. İrəliyə doğru addım atdıq. Sadəcə anın həzzini almağa çalışıram”.