F-1.az xatırladır ki, fransalı sürücü İtaliyadakı sıralanma turunda 10-ci yeri tutub.
Pyer Qasli: “Sıralanma turunda son sessiyaya qalmaq gözəldir. Sonuncu sərbəst yürüşlər yaxşı keçməmişdi və tempi artırmaq lazım idi. Birinci və ikinci sessiyada özümə inanırdım. Altıncı yeri tutaraq son sessiyaya qaldım. Son sessiyada yeni təkərlər yaxşı işləmədi və bolid çox sürüşürdü.
İkinci cəhdimə köhnə təkərlərlə çıxsam da, nəticə yaxşı idi. Amma yenu təkərli rəqiblərimizi qabaqlamaq mümkünsüz idi. Nəticədə onuncu olduq. Yaxın mübarizə var. Məncə, yarış tempimiz yaxşıdır”.