F-1.az xatırladır ki, fransalı sürücü yarışa 4-cü yerdən başlasa da, Ferstappenin və Həmiltonun problem yaşaması ilə yarıışı 3-cü yerdə bitirib və karterasında 3-cü podiumu əldə edib. Qasli ikinci startdan sonra Leklerlə podium uğrunda amansız mübarizə aparıb və öndə qala bilib.
Pyer Qasli: “İnanılmaz idi. Düzünü desəm, söz tapmıram. Bu gün gərgin yarış keçirdik. Son iki dövrə çox çətin idi. Bolid həftə ərzində əla işlədi. Hər sessiya bunu görürdük. Sıralanma turundan sonra necə olacağımızı bilmirdik. Lakin biz podium üçün savaşdıq. Daha əvvəl birinci və ikinci olmuşdum, amma üçüncü olmamışım. Podium qazanmaq əla hissdir.
Yarışın ortalarından mühərrik problemi yaşayırdıq. Çox güc itirdik. Sebastyan yarışın ortasında bizi keçdi. Arxadakı rəqiblərimizə görə son iki dövrənin çətin olacağını bilirdim. Lakin sona qədər mübarizə apardım. Hər əylənmə zonasında bolidin dayanacağından qorxurdum. Özümü yaxşı hiss edirəm. Əla xallar topladıq”.