P.Qasli: Sıralanmada narahat idim

AlphaTauri komandasının sürücüsü Pyer Qasli bildirib ki, sərbəst yürüşlərdən sonra bolid özünü fərqli aparıb.

F-1.az xatırladır ki, AlphaTauri sərbəst yürüşlərdə güclü görünsə də, Qasli sıralanma turunda 16-cı olub.

Pyer Qasli: “Sözün açığı məyusam, çünki cümə günündən sonra ümdili idim. Amma bolid səhər fərqli işlədi. Üçüncü sərbəst yürüşlərdə narahat idim. Bolid çox sürüşürdü və performans çıxara bilmirdim.

Sıralanma turunda da eynisi oldu. Aşaöı sürətli döngələrdə maşın sürüşürdü. Sürətlənmə yox idi və vaxt itirirdim. Boliddə sazlanmalarda kiçik dəyişikliklər etdik, amma buna görə 0.5 saniyə itirdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*