P.Qasli: Sıralanma turunda diqqətli olmalıyıq

Alpine komandasının sürücüsü Pyer Qasli bildirib ki, sürücülər və mühəndislər sürətli dövrədə olan sürücüləri əngəlləməmək üçün əllərindən gələni etməlidirlər.

F-1.az xatırladır ki, Red Bull Rinq trası təqvimin ən qısa beşinci trasıdır. Ancaq tras sürətli olduğu üçün yağış yağmayanda burada yaxşı dövrəvi nəticələr əldə etmək mümkündür. Keçən il Maks Ferstappen 1.04.984 zaman nəticəsi ilə poul qazanmışdı. Bu nəticədən sonra ən sürətli nəticə Zandfortda qeydə alınıb – 1.10.342

Əvvəlki illərdə sürücülər rəqiblərini əngəlləməmək üçün əllərindən gələni edirdilər. Hətta cəza alanlar da olmuşdu. Avstriyada sprint yarışından əvvəl iki fərqli sıralanma turu formatından istifadə olunacaq.

Pyer Qasli: “Bu heç də asan deyil. Kanadada əngəlləmə oldu və bu da bütün yarışımıza təsir elədi. Bir sürücü kimi həmişə əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Bəzi traslar trafikə nəzarət etmək üçün asan ola bilər, bəziləri isə daha çətin ola bilər. Monreal çətin olan traslardan biri idi. Avstriyada da oxşar vəziyyət olacaq.

Məncə, bu xüsusi trasda hamı – sürücülərdən mühəndislərə qədər hamı – ən yaxşı performansını ortaya qoymalıdır. Çünki bu qısa trasdır və hamı boşluq açmağa çalışır. Heç kimi əngəlləyib nəticələrinə təsir etmək istəməzsiniz, çünki bəzən bütün həftəsonuna təsir edə bilər.

Yarışa 17-ci yerdən başlayanda yarışın bütün fəlsəfəsi fəyişir. Çətin olacaq. Ümid edirəm ki, hamı vəziyyətə ən yaxşı formada nəzarət edə bilər”.

Qeyd edək ki, fransalı sürücü Barselonada rəqibini əngəllədiyi üçün cəza alıb. Kanadada isə Karlos Sayns onu əngəlləmişdi və buna görə də fransalı sürücü ikinci sessiyaya qala bilməmişdi. Bu da onun bütün yarışına təsir etmişdi. Pyer Qasli yarışa 17-ci yerdən başlamış və yekunda 12-ci yeri tutaraq, xal qazana bilməmişdi. Onun komanda yoldaşı Esteban Okon isə yarışı 8-ci yerdə bitirərək, 4 xal qazanmışdı.

 

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*