F-1.az xatırladır ki, fransalı sürücü Avstraliyada MGU-H problemi yaşayaraq mübarizəni vaxtından əvvəl dayandırmışdı.
Pyer Qasli: “2015-ci ildə GP2-də yarışarkən Bəhreyndə poul qazanmışdım. Bu trası sevirəm. Burada ilk dəfə Formula1 bolidi sürəcəm və narahat deyiləm. Bəhreyndə hava əksər hallarda isti olur. Yarış isə axşam olacaq və bu yeni şeydir. Görək işlər necə gedəcək. Favorit trasım olmasa da, səbirsizlənirəm”.