P.Qasli: Red Bull idmançısı olmaq ayrıcalıqdır

AlphaTauri komandasının sürücüsü Pyer Qasli bildirib ki, Red Bull-un idmançısı olmaq üstünlüyünü unutmayacaq.

F-1.az xatırladır ki, fransalı sürücü Red Bull-a 2014-cü ildə qatılıb və 2017-ci ildən Toro Rosso-da (indiki AlphaTauri) yarışmağa başlayıb. 2019-cu ildə Red Bull komandasına keçsə də, zəif performansına görə 12 yarışdan sonra qovulub və yenidən AlphaTauri-yə qayıdıb.

26 yaşlı pilot gələn ildən Alpine komandasının şərəfini qoruyacaq. Bu da o deməkdir ki, o böyüyüb-yetişdiyi Red bull sıralarını tərk edir.

Pyer Qasli: “İnsanlar əksər hallarda paddokda və Formula1 çevrəsində olanları görürlər, amma Red Bull bundan çox daha böyükdür. Red Bull-da olarkən sizin əksər idman sektoru və ya idmançı ilə əlaqə yaratmaq şansınız olur. Fərqli idman növlərindən yüzlərlə Red Bull idmançısı ilə tanış oldum və bunlardan qazandığım təcrübənin dəyəri böyükdür.

Macəralar və tədbirlər üçün darıxacam. Burada akrobatik təyyarələrlə uçdum, paraşütdən tullandım. Avstraliyada sörfinq etdim. Həyatıma iz qoyan başqa şeylərlə məşğul oldum.

Getdiyim hər yerdə Red Bull idmançısı kimi qarşılanırdım. Red Bull-un hər yerdə ofisi var. Hər ilin yanvarında Red Bull-un Kaliforniyadakı idman zalında məşq edirdim. Red Bull Amerikaya gedirdim və məni yaxşı qarşılayıb, mənimlə maraqlanırdılar. Red Bull-un Yaponiya ofisinə gedirdim və bizim üçün oraya toplaşırdılar. Red Bull-da ikən hər yerdə eviniz olur və bunun üçün darıxacam.

AlphaTauri ikinci ailəmdir. Onlar mənə Formula1-də yarışmaq şansı verdilər. Bir neçə ildir bu uşaqlarlayam. Məni tanıyırlar və mənim haqqımda hər şeyi bilirlər. Onlarla işləməkdən həzz alıram. Əbu Dabidə onlarla son yarışıma çıxacam və emosiyanal olacaq. Onları gözəl xatirələrlə xatırlayacağam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*