F-1.az xatırladır ki, fransalı sürücü keçən il Red Bull-a qatılsa da, mövsümün ilk yarısında gözləntiləri qarşılaya bilməmiş və nəticədə yenidən Toro Rosso-ya qaytarılmışdı.
24 yaşlı pilot bu il AlphaTauri ilə gözəl performans göstərsə də, Red Bull-da onu əvəzləyən Aleksander Elbon geridə qalır.
Niko Rosberqlə müsahibəsində Pol di Resta bildirib ki, Qaslinin Red Bull-a qayıtması mümkünsüzdür: “Paddokda gedən dedi-qodulara əsasən danışıram. Qasli keçən il Red Bull-da bir neçə nəfərin xətrinə dəyib”.