F-1.az xatırladır ki, düzülüşdəki qızları bu ildən etibarən uşaqlar əvəz edəcək.
Pyer Qasli: “Sözün açığı, düzülüşdəki qızlarla verilən qərarın doğru olduğunu düşünmürəm. Bu mövzunun müzakirəsi də mənasızdır. Onları burada zorla işlətmirdilər. Amma elə təəssürat yaratdılar ki, guya onlarla burada pis davranırlar. Deyirlər ki, qadınların əxlaqına qarşı səhv addımdır. Lakin mən indiki qərarın utancverici olduğunu düşünürəm. Ümid edirəm ki, bu barədə yenidən düşünərlər”.