P.Qasli qarşıdakı yarışlarda Kvyatı əvəzləyəcək

Red Bull-un gən sürücülər proqramının iştirakçısı Pyer Qasli növbəti iki yarışda Daniil Kvyatın əvəzində sükan arxasına keçəcək. Rəhbərlik fransız sürücüyə şans vermək üçün Daniili uzaqlaşdırmaq qərarına gəlib.

F-1.az xəbər verir ki, Kvyat Ostində komandaya qayıdacaq. Çünki Qaslinin iştirak etdiyi Yaponiyada keçirilən Super Formula seriyasının yarışı ABŞ Qran Prisi ilə üst-üstə düşür. Qaslinin mövsümün qalan yarışlarında gələn il üçün Renault ilə müqavilə bağlamış Karlos Saynsı əvəzləyəcəyi, ispan sürücünün isə yeni komandasında çıxış edəcəyi gözlənilirdi, lakin fransızlar Colion Palmerlə bu barədə razılığa gələ bilməmişdilər.

Frants Tost: “Toro Rosso komandası Red Bull tərəfindən gənc sürücülərin yarışması üçün yaradılıb. Pyerə şans verərək biz elə bunu etdik. O, gənc sürücülər proqramının üzvüdür, 2016-cı ildə GP2 çempionu olub və hazırda Super Formula-da yaxşı çıxış edir. Orada titul qazanmaq üçün real şansı var – liderdən cəmi yarım xal geri qalır. Bu dəyişiklik bizə gələnilki sürücü heyətimizlə bağlı dəqiq qərar verməkdə kömək edəcək. Daniil müxtəlif səbəblərə, bəzən də mexaniki problemlərə görə öz potensialını nümayiş etdirə bilmir. Məhz buna görə də yarışlardan müvəqqəti uzaqlaşdırılıb. Bu, bizə Qaslini qiymətləndirməyə imkan verəcək”.

Pyer Qasli: “Bu imkanı mənə verdiyi üçün xüsusilə Red Bull-a, Helmut Markoya və Toro Rosso-ya təşəkkür etmək istəyirəm. Mən tam hazıram, axı Red Bull-un üçüncü sürücüsü kimi fəaliyyət göstərirəm. Növbəti yarışlarda Toro Rosso ilə yaxşı nəticə göstərə biləcəyimə inanıram”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*