P.Qasli özünə nömrə seçib

Bu həftəsonu Toro Rosso-nun heyətində debüt edəcək Pyer Qasli nömrə seçimini edib.

F-1.az xatırladır ki, dünən Toro Rosso komandası gözlənilmədən qarşıdakı iki yarışda Daniil Kvyatı elə Yaponiyada çıxış edən başqa bir yetirməsi ilə – Pyer Qasli ilə əvəzləməyi qərara alıb. Fransalı sürücü Malayziya yarışının startına 10 nömrə altında çıxacaq.

Sonuncu dəfə bu nömrəni 2014-cü ildə Kamui Kobayaşi seçmişdi, amma onun sonuncu çıxışından təxminən 3 il keçdiyi üçün nömrəni yenidən seçmək mümkün olub. Qasli bu il Macarıstanda 15 nömrəsi altında çıxış etmişdi, hazırda Yaponiyada Super Formula-da da bu nömrə altında yarışır. Əvvəlki illərdə testlərə 38 və 31 nömrələri iləq atılan gənc sürücü debüt yarışı üçün başqa nömrəni seçib.

Qeyd edək ki, Qasli 2013-cü ildə Renault 2.0 Formula-sında 10 nömrə ilə çempionluq qazanmışdı – o zaman Esteban Okon və Oliver Rouləndi qabaqlayan Pyer Red Bull Junior komandasına cəlb olunmuşdu…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*