F-1.az bildirir ki, Suzukada şiddətli yağışa görə yarışın 3-cü dövrəsində qırmızı bayraq çıxmışdı. Buna qədər Karlos Sayns yerində fırlanaraq, bariyerlərə çırpılmışdı.
Qasli maşından düşəndən sonra çox əsəbi görünürdü. Daha sonra isə kadrlarda Qaslinin bir traktorun yanından keçdiyini gördük. Traktor Saynsın maşınını təxliyə etmək üçün trasa çıxıb.
Pyer Qasli: “Trasda traktorun nə işi var? Yanından keçdim. Bunu qəbul etmək olmaz. Keçmişi xatırlayın. Buna inana bilmirəm”.
Xatırladaq ki, 8 il bundan əvvəl Jul Byanki yağışılı Suzuak yarışında traktora çırpılaraq, ağır yaralanmış və bundan 9 ay sonra dünyasını dəyişmişdi.
FİA bu barədə belə açıqlama verib: “Üçüncü dövrədəki qəzadan sonra bolidin təxliyə edilməsi üçün trasa təhlükəszilik maşını çıxdı. Zədələnib pitə girən 10 nömrəli maşın fərqi bağlamaq üçün yüksək sürətlə gəlirdi. Hava şəraiti pisləşən vaxtı 10 nömrəli maşın qəza yerindən keçəndə artıq qırmızı bayraqlar çıxmışdı”.