F-1.az xatırladır ki, GP2 üzrə 2016-cı ilin Dünya Çempionu Red Bull-un gənc sürücü proqramının üzvüdür. Fransalı sürücü keçən ilin Yaponiya yarışından etibarən Toro Rosso komandasında çıxış etməyə başlayıb.
Pyer Qasli: “Menecerim olmadan köpək balıqları ilə mübarizə apararaq özümə komanda tapdım. Bunun üçün pul ödəmədim. İndiki dövrdə hər şey performans deyil və komandalar sponsorlu sürücülər axtarırlar.
Aşağı seriyalarda da əla çıxış etdim. Bu hal mənim karyerama müsbət təsir etdi. Red Bull da mənə dəstək olaraq inkişafıma kömək etdi. Daha əvvəl Formula2-də çempion olan əksər sürücülər Formula1-də yarışa bilmişdi. Mən də burada olduğum üçün xoşbəxtəm”.