F-1.az bildirir ki, yaponiyalı mühərrik istehsalçısı öz evindəki yarışa yeniliklər gətirmiş və Toro Rosso komandasının sürücüləri sıralanma turunda müvafiq olaraq 6-cı və 7-ci yerləri tutmuşdular.
Fransalı sürücü Honda-nın mühəndisi Keyzuke Minatoyanın verdiyi reaksiyanı unuda bilmir: “Suzukada sıralanma turunda 7-ci olmuşdum. Amma 5-ci olmalı idik. Düzlükdə 0.3 saniyə itirirdim və sıralanma turundan sonra onu görməyə getdim. Yaxşı nəticə olsa da, məyus idim. Amma o ağlayırdı, çünki mənə mühərriyin tam potensialını verə bilməmişdi. Yaxın işlədiyiniz insanlarda bunu görmək mükəmməldir.
Honda-nın təkmilləşməsi stabil deyildi. Bəzən aylarla sürətlənə bilmirdilər. Amma stenddə bir şey sınayırdılar və birdən yarım saniyə sürətlənirdik”.