F-1.az xatırladır ki, fransalı sürücü Alpine ilə çıxdığı ilk həftəsonuna yaxşı başlamamış və sıralanma turunda 20-ci olmuşdu. Lakin 26 yaşlı sürücü bazar günü yaxşı performans göstətərək, Bəhreyn yarışınə doqquzuncu yerdə başa vurmuş və yeni komandasında ilk xalçarını əldə etmişdi.
Pyer Qasli: “Çox sevincliyəm. Alpine ilə mövsümə yaxşı başlamaq çox vacib idi və ilk yarışda vəziyyəti lehimə dəyişdirə bildim. Başladığımız yeri nəzərə alsaq, yarışı xalla bitirmək gözəl oldu.
Sıralanma turu tempimiz yaxşıdır. Orada işlər qaydasında getməsə də, yarışda bunu kompensə etmək çox vacib idi. Yarışdan həzz aldım.
Belə yarışlarda çox şey baş verə bilər. Buna görə də sakit qalıb, yarışınıza fokuslanmalısınız. Mən də bunu etməyə çalışdım və məncə, mövsümə yaxşı başladıq. Bu hal bizi ümidləndirir”.