P.Qasli məyusdur

Alpine komandasının sürücüsü Pyer Qasli bldirib ki, çox məyusdur.

F-1.az xatırladır ki, fransalı sürücü birinci sərbəst yürüşlərdə hidrovlik problemi yaşamış, sıralanma turunda isə üçüncü döngədə divara çırpılaraq, qırmızı bayraqlara səbəb olmuşdu. Buna görə də Qasli sabahkı əsas yarışa gerilərdən başlyacaq.

Pyer Qasli: “Sözün açığı, məyusam. Komanda üçün çox çətin cümə günü idi. Birinci sərbəst yürüşlrədə hidrovlik problemi yaşadıq, ancaq komandamız əla işləyərək maşını sıralanma turuna çatdıra bildi. Daha sonra problem oldu. Çox az dövrə vurmuşduq.

Üçüncü döngəyə gələndə əyləcə çox gec basdım, amma döngəni dönə bilmədim və divara çırpıldım. Çox məyusam, ancaq yeni formatın hesabına bu gün bu hadisələri geridə qoya bilərik. Sprint üçün hazırlaşacağıq. Bu gün görüləcək işimiz çoxdur”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*