F-1.az xatırladır ki, fransalı sürücü yarışa Hard təkərlərlə başlamış və trasda uzun müddət qalaraq, yağışı gözləmişdi. Amma komanda onu pitə çağırmış və bu pit-stopdan iki dövrə sonra yağış yağdığı üçün 26 yaşlı pilot podiumu əldən vermişdi.
Pyer Qasli: “Məyusam və hazırda beynim çox qarışıb, çünki bilirdik ki, yağış yağacaq və uzun müddət trasda qala bilərdim. Bunu radiodan dedim və bundan istifadə etmək istərdim. Pitə çağırıldım və iki dövrə sonra yağış başladı. Niyə pitə girdiyimizi nəzərdən keçirməliyik, çünki üçüncü və dördüncü yerləri qazana bilərdik. Bir neçə artıq xal qazanmaq mümkün idi.
Çox məyus olduğumu demək istəmirəm. Podium qazandığımız üçün komanda üçün əla gün idi. Yenə də təkmilləşməli tərəflərimiz var və Barselonada bunu edəcəyik”.