P.Qasli komandanın səhvinə görə əsəbidir

AlphaTauri komandasının sürücüsü Pyer Qasli bildirib ki, ikinci sessiyada işlənmiş təkərlərə görə geridə qalıb.

F-1.az xatırladır ki, fransalı sürücü Soçidəki sıralanma turunun ilk sessiyasında sürətli görünürdü. Lakin komandası onu ikinci sessiyada işlənmiş keçid təkərləri ilə trasa buraxıb və 25 yaşlı pilot buna görə geridə qalıb. Yekunda 12-ci olan Pyer, çox əsəbi görünürdü.

Pyer Qasli: “Rahatlıqla üçüncü sessiyaya çıxa bilərdik. Bu bolid hər şəraitdə sürətlidir. Ancaq ikinci sessiyada işlənmiş təkərlə trasa çıxdıq. Tras quruduğu üçün pitə gəlmək istədim, amma etmədik. Böyük səhv idi. Son sessiyaya qala bilmədik. Niyə belə etdik, bilmirəm. Böyük fürsəti əldən verdik. Son sessiyada nələr oldu gördük.

Onda bir saniyə ilə son sessiyanı əldən verdik. Halbuki, yeni təkrlərlə 1.5 saniyə sürətli ola bilərdim. Bu potensialla geridə qalmaq əsəbpozucudur. Düzdür, trafikə də düşdüm, amma əsas problem bu deyildi. Əsl problem pitə gəlməməyimiz idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*