P.Qasli: Komandam üçün şadam

Alpine dünənki yarışda iki sürücüsü ilə də xal qazanıb və Mühəndislər Kubokunda Alfa Romeo-nu geridə qoyub.

F-1.az xatırladır ki, Pyer yarışı komanda yoldaşının arxasında doqquzuncu yerdə başa vurub.

Pyer Qasli: “Komandama ilk iki yarışda xal qazandırdığım üçün çox şadam. Düşünürəm ki, səkkizinci və doqquzuncu yer bizim maksimumumuzdur. İrəliyə doğru bir sıra müsbət addımlar atmışıq. Hər dəfə sükan arxasına keçəndə yeni bir şey öyrənirəm, ona görə də maşını təkmilləşdirməyi öyrənməyə davam etmək vacibdir.

Mən özüm də nələrisə əlavə edə bilərəm, xüsusən də təsnifat mərhələsində. Bu, mənə yarışda daha yüksək yerlər uğrunda mübarizə aparmağa imkan verəcək. Avstraliyada öyrənməyə davam etmək və növbəti raundda təkmilləşmək üçün komanda ilə həftə sonunu nəzərdən keçirməyi səbirsizliklə gözləyirik”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*