P.Qasli: “Komanda pozitiv düşündü”

Red Bull komndasının sürücüsü Pyer Qasli sıralanma turunda ikinci sessiyaya keçə bilməməsinin səbəbini strategiyada görüb.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” Avstraliyadakı sıralanma turunun ilk sessiyasında bir dövrə vuraraq ikinci sessiyaya keçməyi planlaşdırmışdılar. Amma sonradan zaman nəticələrinin yaxşılaşması Avstriya təmsilçisinə baha başa gəlib. Belə ki, Ferstappen 10-cu yeri tutaraq, ikinci sessiyaya keçdiyi halda, Qasli ondan 0.144 saniyə geridə qalaraq 17-ci olub.

Pyer Qasli: “Komanda trasa bir dəfə çıxmaqla çox pozitiv düşündü və nəticədə mən məyus oldum. Strategiyamız belə idi. İlk dövrəmdən razı idim və Maksdan sadəcə 0.1 saniyə geri qalırdım. Rəqiblərimizin ikinci cəhdlərində belə sürətlənəcəyini gözləmirdik. Rəqiblərimiz ikinci cəhdlərində bir saniyə sürətləndilər. O an başa düşdüm ki, çətin olacaq. Trasın sürətlənməsi bizə baha başa gəldi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*