F-1.az xatırladır ki, Alpine komandası cümə günü güclü görünürdü. Hər iki sürücünün də son sessiyaya rahatlıqla qalacağı gözlənilsə də, Okonun nəticəsi silinib və onluqda yalnız Qasli qalıb.
Pyer Qasli: “Sessiya tras limitlərinə görə çətin keçdi. Tam güclə gedirik, boliddən hər millisaniyəni çıxarmağa çalışırıq, amma dövrəniz ləğv olunur. Yenə də ən azından onluqdayıq. Buna görə də yaxşı iş gördüyümüzü düşünə bilərik.
Mənim üçün əsas olan çətin keçən iki həftədən sonra hər şeyi təmiz tutmaq idi. Əlbəttə, daha yaxşı yerdən başlamaq istərdik, ancaq rəqiblərimizin çox yaxşı performans göstərdiyini və nəticələrin çox yaxın olduğunu görürük.
Hər halda liderlərlə olan fərqi azlatmaq üçün işləməyə davam edəcəyik. Önümüzdə sprint yarışı var və bunu həyəcanla gözləyirəm. Xüsusən də şənbə günü yağış gözlənilir. Görək işlər necə olacaq, amma bolidimizin onluğa düşmək potensialı var. Xüsusən də yarış tempində daha yaxşı işləyir.
Şənbə günü yağış gözlənilir. Məncə, sprint yarışında yaxşı fürsətimiz olacaq. Hər iki gündə xal alacağamıza əminəm”.
Qeyd edək ki, fransalı sürücü sıralanma turunda 9-cu yeri tutub.