P.Qasli Honda-ya inanır

Toro Rosso komandasının sürücüsü Pyer Qasli bildirib ki, Honda gücünü göstərəcək.

F-1.az xatırladır ki, Honda mühərrikləri idmana 2015-ci ildə qayıdıb və ən yaxşı nəticəsi 5-ci yer olub. Qasli də Avstraliya yarışında MGU-H problemi yaşayaraq, mübarizəni vaxtından əvvəl dayandırmışdı.

Pyer Qasli: “Onlar var gücləri ilə işləyirlər. Hamıya yaxşı mühərrik düzəldə biləcəklərini isbatlamaq istəyirlər. Hazırda inkişafları yaxşıdır. Mümkün qədər çoxlu yeniliklə gəlmək üçün var qüvvəmizlə işləyirik. Amma üç mühərriyə icazə olduğu üçün onları doğru zamanda gətirmək lazımdır. Onlara vaxt vermək lazımdır. Üç-dörd ay ərzində hər şeyi həll edə bilməzlər. Planları var və hazırda doğru yoldadırlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*