F-1.az xatırladır ki, fransalı sürücü keçən ilin son 4 yarışında Toro Rosso komandasında çıxış edərkən Renault mühərriklərindən istifadə etmişdi. İtalyan komandası bu ildən Honda mühərriklərindən istifadə edir.
Pyer Qasli: “Honda mühərrikləri Renault-dan daha stabildir. Hər şey qaz pedalı və motordan aldığınız dartıdan asılıdır. İnkişaf etməliyik. Amma sürüş cəhətdən çox yaxşıyıq.
Honda Macarıstanda yağışlı hava şəraitində əla işlədi. Sürmək rahat idi və yarışda problem yaşamadıq”.