P.Qasli Honda-nın qayıtmasına görə sevinir

AlphaTauri komandasının sürücüsü Pyer Qasli Honda-nın yenidən qayıtmasına görə sevinclidir.

F-1.az xatırladır ki, Honda keçən il Maks Ferstappenlə Sürücülər Çempionatında qalib gəlsə də, idmandan getmişdi. Lakin yaponiyalı motor istehsalçısı yenə də Red Bull-a dəstək olurdu. Bu həftə isə Honda yenidən Red Bull-la tərəfdaşlıq bağlayıb. Tərəfdaşlığa görə Honda yazıları yenidən Red Bull və AlphaTauri bolidlərində olacaq.

Pyer Qasli: “Motor haqqında danışanda həmişə Honda-nı nəzərdə tuturuq. Bir neçə sənəd işini saymasaq, bizdən heç vaxt ayrılmadılar. Onlar yenidən qayıtdığı və bolidimizdə yazıları olduğu üçün xoşbəxtəm.

Dünya Çempionluğunu qazandıqdan sonra ayrılmaları təəccübləndirmişdi. Lakin bunun üçün səbəbləri var idi. Lakin ayrılandan sonra da Red Bull-a dəstək oldular. Biz onları burada istehsalçı kimi görmək istəyərik.

Formula1-də yarışmaq üçün bazaya, resurslara sahibdirlər və ümid edirəm ki, gələcəkdə bunu görə bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*