F-1.az xatırladır ki, Honda mühərriyindən istifadə edən Toro Rosso komandası testlərin son günündə Qasli ilə 143 dövrə vurub. Ümumilikdə isə “qırmızı buzovlar” testlərin ən çox dövrə vuran komandası olublar.
Pyer Qasli: “Məncə, bu qədər çox dövrə vurmaq gözəldir. Boliddə ikinci günümdə idim. Bolid üçün isə 4-cü gün idi. Öyrənməyə davam edirik. İkinci testlərdən əvvəl hər şeyi təhlil etməliyik. Ümumilikdə isə müsbət gün idi. Hazırda fərqli şeyləri test edirik. Boliddən hələki razıyam. Bəzi sahələrdə inkişaf etməliyik. Lakin şassi cəhətdən də, mühərrik cəhətdən də hər şey yaxşıdır. Mühərriyimizin gücünü göstərdik. Toro Rosso Honda ilə çox işləyirb güclü paket hazırlamağı hədəfləyir”.