P.Qasli: Hədəfim xal qazanmaqdır

Alpine komandasının sürücüsü Pyer Qasli bildirib ki, Bəhreyndəki hədəfləri xal qazanmaqdır.

F-1.az xatırladır ki, fransalı sürücü bu il Alpine komandası ilə ilk yarışına çıxacaq.

Pyer Qasli: “Komandaya və bolidə öyrəşmək üçün vaxt lazımdır, amma əminəm ki, ilk yarışdan xal qazanacam. Hədəfimiz budur. Testlər komandamız üçün yaxşı keçdi. Şənbə günü nahardan sonra boliddən razı qaldım. Özümü evimdəki kimi hiss edirəm. Bolidin potensialını ortaya qoymaq üçün çox işləyirik və yeniliklərimiz var.

görək həftəsonu güc balansı necə olacaq. Məqsədimiz sıralanma turunda yaxşı yer tutub, bazar günü xallar qazanmaqdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*