F-1.az xatırladır ki, GP2 seriyasında yaxşı çıxış edən fransız sürücü Toro Rosso ilə yarışmağa çox yaxın olsa da, komanda gələn mövsümdə də sürücü heyətini dəyişməyəcəyini açıqlamışdı. Qasli 2017-ci ildə Red Bull-un test pilotu olmağa hazırlaşmaqla yanaşı, həm də başqa seriyalarla maraqlanır.
Pyer Qasli: “Orada maraqlı mübarizənin olacağını düşünürəm. Bu barədə Stoffel ilə danışmışam və Super Formula-nın yaxşı təcrübə olduğunu deyib. Səviyyə çox yüksəkdir və bütün maşınlar bir-biriləri ilə mübarizə apara bilirlər. Orada hər şey fərqlidir. Yaxşı bir komandadan təklif gəlsə, yarışmaq istəyərəm. Çünki təcrübə əldə etməyim üçün yaxşı variantdır.
Red Bull-dan komandada qalmağımı istədiklərini bildirdilər və bu, mənim üçün yaxşıdır. Gördüyüm işlər onları razı salır. Mən də işimdən razıyam. Ehtiyat sürücü kimi qalmağımı istəyirlər. Əlbəttə, hədəfim Toro Rosso-da yarışmaqdır, amma bunun üçün daha çox çalışmağımı istəyirlər.
Formula1-ə hazırlaşmaq üçün ən yaxşı yolun hansı olduğuna baxacayıq. Daniel və Maksla birlikdə işləyib onların maşında nələr etdiklərinə baxa bilərəm. Red Bull-da qalmaq mənim üçün yaxşı olacaq”.