F-1.az xatırladır ki, əksəriyyət düşünürdü ki, Alpine komandası sıralanma turunda zirvədəki komandalara yaxın olsun.
Pyer Qasli: “Sessiyaya başlayanda bilirdik ki, ilk dördlük uzaqdadır Buna görə də gözlədiyimiz yerdəyik. Belə şəraitdə tkərləri qızdırmaq çox çətin idi və onları işlətmək olmurdu. Bu gen bunu bacarmaq mümkünsüz idi.
Komandada hər şey qaydasındadır. İndi isə daha yaxşı nəticə üçün inkişaf etməliyik. Daha çox potensialımız olsa da, hazırda bunu bacarırıq.
Doqquzunculuq yaxşı nəticədir. Yaxşı iş gördük. Özümü təkmilləşdirdim və son sessiyaya qaldım. Melburnda ilk dəfə belə performans göstərirdim.
Yarış maraqlı olacaq, çünki yarış tempi barədə məlumatımız yoxdur. Xal qazanmağa çalışacağam. Görək nə olur”.