F-1.az xatırladır ki, fransalı sürücü restartdan sonra liderliyi ələ alıb və sona qədər onu əldən verməyib. Beləliklə, 1996-cı ildə Monakoda qalib gələn Olivye Panisdən sonra yarış qazanan ilk fransız olub.
Pyer Qasli: “Dəlisov yarış idi. Qırmızı bayraqlardan yaxşı istifadə etdik. Maşın trasda çox güclü idi və arxamızda sürətli bolid var idi.
Son ilyarımda çox şey yaşadım. Keçən il ilk dəfə podiuma yüksəldim. Toro Rosso ilə bunu bacarmaq dəlilik idi. İndi isə AlphaTauri ilə ilk qələbəmi qazandım. Onlara da təşəkkür edirəm. Bu trasda mühərrik gücü vacibdir. Bütün Mercedes, Ferrari və Renault motorlu maşınları qabaqlayaraq yarış qazandıq. Bu, inanılmazdır. Bu qələbəni AlphaTauri gözləmirdim”.