F-1.az bildirir ki, fransalı sürücü Dubayda yeni mövsümə hazırlaşırdı.
Pyer Qasli: “Hamıya salam. Ümid edirəm ki, yaxşısınız. Koronavirus testim pozitiv çıxdı və təmasda olduğum insanlara xəbərdarlıq etdim. Hazırda evdə özümü təcrid etmişəm və qaydalara riayət edirəm. Özümü yaxşı hiss edirəm və məşqlərimə ara vermədən davam edəcəm”.