P.Qasli: “Çox narahatam”

Toro Rosso komandasının sürücüsü Pyer Qasli bildirib ki, ilk döngədə Ləns Strolla yaşadığı təmasa görə narahatdır.

F-1.az xatırladır ki, yarışln startında Stroll arxadan Pyer Qasliyə təmas edib və davamında fransalı sürücü önündəki Peresə çırpılıb. Nəticədə Toro Rosso komandasının sürücünün ön qanadı qırılıb və ilk dövrədə pit-stop etməli olub. Beləliklə, Qasli yarışı xalsız bitirib və Sürücülər Çempionatında altıncı yeri əldən verib.

Pyer Qasli: “Hadisələrə görə narahatam. Çünki altıncı yeri qorumaq üçün potensialımız var idi. Belə hadisələr məyusedicidir. Əgər Stroll arxanızdadırsa, 50 faiz ehtimalla insident baş verəcək. Bu, bərbaddır. Çünki tempimiz yaxşı idi. Həftəsonu ərzində yaxşı işlədik. Saynsın və Kvyatın bitirdiyi yerləri gördükdən sonra qətiliklə deyirəm ki, yaxşı xallar qazana bilərdik. Mövsümün son yarışında ilk döngədə insident yaşadım və buna görə narahatam. Yarış başlayan kimi bir dövrə geridə qaldıq. Təhlükəsizlik maşını üçün dua edirdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*