F-1.az xatırladır ki, fransalı sürücü Ciddədəki cümə sərbəst yürüşlərini 3-cü yerdə bağlayıb.
Pyer Qasli: “Doğrudan da sürətli trasdır. Çox qarışıqdır və yüksək sürətli döngələr var. Boliddə adrenalin çoxdur və sürmək həzz verir. Məncə, vahid dövrədə güclüyük. Yaxşı nəticə göstərdim. Yarış tempi isə qarışıq olacaq.
Tras çox təhlükəlidir, çünki düzlüklərdə sürət fərqləri var. Buna görə də qorxuruq. Trasda diqqətli olmalıyıq. Döngələr çox sürətlidir”.