P.Qasli: Çətin yarışları sevirəm

AlphaTauri komandasının sürücüsü Pyer Qasli vətənindəki yarışının yaxşı keçdiyini deyib.

F-1.az xatırladır ki, fransalı sürücü bu il 7 yarışın 6-dan xal alıb. Fransalı sürücü doğma publikası önündə 7-ci olaraq, seriyasını davam etdirib.

Pyer Qasli: “Yaxşı yarış idi. Yekunda 7-ci olduq və ən sürətli dördüncü komanda idik. Daha yaxşısı mümkünsüz idi. Sadəcə Rikkardo və Lekler bizi qabaqladı. Çətin anlar olsa da, belə yarışları sevirəm. Sonda iki Ferrari-ni keçdim. Bizdən sürətli olan McLaren-ləri bir neçə dövrə və Alpine-i sona qədər arxamda tuta bildim.

Bu mövsüm əsas məqsədimiz davamlı xal almaqdır. Şənbə günü tempimizi görmək gözəl idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*