F-1.az xatırladır ki, fransalı sürücü Bəhreyndə sıralanma turunda 5-ci, yarışda isə 4-cü olduğu halda, Çində sıralanma turunda ikinci sessiyaya qala bilməyib.
Pyer Qasli: “Bu gün onluğa düşmək bizim üçün çətin idi. Amma ən azından 11-ci və 12-ci olub yarış üçün yaxşı yerdə olmaq istəyirdik. Dünənki sərbəst yürüşlərdə bəzi səhvlərimiz oldu. Bu qədər geriyə düşməyimizin başqa cavabı ola bilməz. Bolidin balansı ilə bağlı bəzi sazlanmaları dəyişəndən sonra elə bil gücü itirdik. Bolidi idarə etmək çətinləşdi. Arxa tərəfdə asfaltla ilişmə yox idi və iki dəfə son anda qəzadan qurtula bildim. Görək yarışda necə olacaq. Çin Qran Prisi sürprizlərə açıqdır. Buna görə də əlimizdən gələni etməliyik”.