F-1.az xatırladır ki, fransalı sürücü Alpine-dəki ilk sıralanma turunda ikinci sessiyaya belə qala bilməyib.
Pyer Qasli: “Bu hal bir dəfə olur. Hazırda suallara cavab tapa bilmirəm. Lakin həftəsonu ərzində ön tərəflə mübarizə aparırdım. Niyə belə oldu bilmirəm. Döngə çıxışlarında bolid qeyri-stabil idi.
Bütün sərbəst yürüşlərdə rahat idim. Lakin həftəsonu ərzində yığdığım bütün referanslar birdən yox oldu və bolidin balansı dəyişdi. Dövrəni bir araya gətirə bilmədim və bu məyusedicidir.
Nə baş verdiyini araşdıracağıq, çünki vəziyyət ideal deyil. Daha yaxşısını etmək mümkündür”.