P.Qasli: Bolid əla işləyir

AlphaTauri komandasının sürücüsü Pyer Qasli bildirib ki, bolid Loseyldə çox yaxşı işləyir.

F-1.az xatırladır ki, fransalı sürücü yarışa 4-cü yerdən başlayacaq. Lakin 25 yaşlı pilot sıralanma turunun son sessiyasında porebriklərə hücum edərkən, ön təkərini partladıb və ön qanadı qırılıb.

Pyer Qasli: “Sıralanma turu çox gözəl idi. Həftəsonu ərzində yaxşı performans göstərdik. Bu trası sevirəm. Burada sürmək gözəldir və bolidin balansı gözəldir. Limitlərə qədər sürdük.

Son cəhdimdə nəticəmi 0.1 saniyə yaxşılaşdırırdım Buna görə də Valtteriyə yaxın idik. nəticəsini yaşlılaşdırıb-yaxşılaşdırmadığını bilmirəm. Dövrəmiz yaxşı idi.

15-ci döngənin çıxışında son həddə sürdüm. Ön qanad qırıldı və sağ təkəri partlatdım. Lakin biz yaxşı iş gördük. Güclü komandalardan sonra dördüncü yerdəyik. Əla həftəsonu keçiririk”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*